QR CodeQR Code

Ərdoğana qarşı aksiyada iştirak edən 40-dan çox etirazçı həbs edilib

إسلام تايمز , 25 Nov 2021 12:12

İslamTimes: Türkiyə hökuməti ölkə valyutasının davamlı olaraq dəyər itirməsinin səbəbləri və bu dəyər itirmənin qarşısını almaq üçün ölçülü bir proqram təqdim etmədiyi bir şəraitdə Türkiyə təhlükəsizlik qüvvələri inflyasiyaya etiraz edənləri həbs etməyə başlayıb.


Bu barədə çərşənbə günü axşam Türkiyə mətbuatı məlumat yayıb. İstanbul polisi Rəcəb Tayyib Ərdoğan hökumətinin iqtisadi siyasətinə qarşı etiraz ednlərə qarşı güc tətbiq edərək, 40-dan çox adamı həbs edib.

RİA Novosti saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Kadıköy ilçəsində etirazçılar şüarlar səsləndirərək hökuməti istefaya çağırıb. Bu zaman polis su şırnaqlarından istifadə edərək etiraz aksiyasını dağıtmağa çalışıb.

Türkiyə təhlükəsizlik qüvvələri də İstanbulda etiraz aksiyasının planlaşdırıldığı Taksim meydanını mühasirəyə alıb, və meydana girişləri qapadıb. Şəhərdə etiraz aksiyalarına bir aylıq qadağa elan edib.


Story Code: 965374

News Link :
https://www.islamtimes.org/az/news/965374/ərdoğana-qarşı-aksiyada-iştirak-edən-40-dan-çox-etirazçı-həbs-edilib

Islam Times
  https://www.islamtimes.org