QR CodeQR Code

Sionist rejim nüvə anlaşmasına mane olmağa çalışır

إسلام تايمز , 25 Nov 2021 14:29

İslamTimes: Sionist rejim rəsmiləri Ağ Evə İranla nüvə razılaşması barədə xəbərdarlıq ediblər.


Wall Street Journal xəbər verir ki, sionist rejim Vaşinqtona İranla hər hansı kiçik razılaşma ilə bağlı belə xəbərdarlıq edib və Tehranla danışıqların tam ləğv edilməsini istəyib.

Nüvə danışıqlarının başlamasına sayılı günlər qaldığı bir vaxt Bayden hökuməti ilə sionist rejim arasında fikir ayrılıqları daha da güclənib. Məlumata görə, sionist rejim Ağ Evdən Tehranla saziş imzalamamağı istəyib. Sionist rejim nüvə sazişini Tehrana hədiyyə kimi xarakterizə edib və bunun Bayden hökuməti ilə İsrail arasında hər ötən gün daha da dərinləşən ixtilafları daha da artıracağını qeyd edib.

İşğalçı İsrailin yüksək rütbəli rəsmiləri Vaşinqtonun İranla razılaşmaya şərait yaradacağından və İranın bəzi nüvə fəaliyyətlərini dayandırması müqabilində ABŞ-ın bu rəsmi Tehrana qarşı sanksiyaların bir qismini ləğv edəcəyinə görə narahatdırlar.


Story Code: 965405

News Link :
https://www.islamtimes.org/az/news/965405/sionist-rejim-nüvə-anlaşmasına-mane-olmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org