QR CodeQR Code

Sabiq səfir: “İran və Azərbaycan qarşılıqlı əməkdaşlığı gücləndirməkdə qətiyyətlidir”

25 Nov 2021 15:32

İslamTimes: İran rəsmisi Azərbaycanla münasibətlərdən danışdı.


“İranla Azərbaycan arasında əməkdaşlıq regionda sülh və sabitliyin güclənməsinə yardım edə bilər”.
Bunu açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
Sabiq səfirin sözlərinə görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana son səfəri qonşu ölkələr arasında əlaqələrin möhkəmlənməsi istiqamətində önəmli rol oynayır: “İki ölkə arasında mövcud olan bəzi fikir ayrılıqlarının ardınca bu səfərin baş tutması İranın hazırkı hökumətinin qonşu və dost ölkə ilə münasibətləri qoruyub saxlamaqda ciddi iradəsinin, digər tərəfdən Azərbaycanın İran İslam Respublikası ilə yaxşı münasibətləri gücləndirməkdə qərarlı olduğunun göstəricisidir”.
O qeyd edib ki, hər iki ölkə dostluq münasibətini müsbət və konstruktiv məcrada davam etdirməkdə qərarlıdır: “Həqiqət budur ki, İranla Azərbaycan arasında müştərək iqtisadi əməkdaşlığın davam etdirilməsi regionda sülh və sabitliyin güclənməsinə yardım edə bilər”.
M. Pakayin vurğulayıb ki, Ş. Mustafayevin son səfərində İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun tikintisi, gömrükdəki maneələrin aradan qaldırılması, ticarət mübadiləsinin artırılması üçün taariflərin azaldılması, turizmin inkişafı, Xəzərdə müştərək neft yataqlarının işlənməsi üçün çıxış yolunun tapılması, Azərbaycanın işğaldan azad olmuş ərazisinin yenidən qurulmasında əməkdaşlıq sahələri müzakirə olunub. /Eastnews/


Story Code: 965411

News Link :
https://www.islamtimes.org/az/news/965411/sabiq-səfir-iran-və-azərbaycan-qarşılıqlı-əməkdaşlığı-gücləndirməkdə-qətiyyətlidir

Islam Times
  https://www.islamtimes.org