QR CodeQR Code

Ərdoğan Qəzzəyə səfər edəcək

5 Sep 2011 08:37

IslamTimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstinə qarşı tətbiq etdiyi blokadaya son qoymaq üçün sentyabr ayının ortalarında Qəzzaya səfər etməyi planlaşdırır.


Bu barədə yerli KİV-lər Türkiyə hakimiyyətindəki mənbələrə istinad edərək bildiriblər.

Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il may ayının 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı işğalçı İsrail hərbiçiləri tərəfindən həlak olub. Ankara İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib. Amma sionist rejim Türkiyə qarşısında əyilmək niyyətində olmadığını söyləyib.


Story Code: 96556

News Link :
https://www.islamtimes.org/az/news/96556/ərdoğan-qəzzəyə-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org