0
Saturday 27 November 2021 - 11:21

Əlcəzair prezidenti İsrail-Mərakeş əlaqələrinin möhkəmlənməsini tənqid edib

Story Code : 965691
Əlcəzair prezidenti İsrail-Mərakeş əlaqələrinin möhkəmlənməsini tənqid edib
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Əlcəzairin prezidenti Əbdülməcid Tabun yerli KİV-lərə açıqlamasında deyib.

Son aylarda iki ölkə arasında yaranan ciddi gərginliyə, eləcə də Mərakeşin İsraillə hərbi razılaşma və müqavilələrə əl atmasına münasibət bildirən Əlcəzair prezidenti bu müqavilələrə görə təəssüf etdiyini bildirib.

O, əlavə edib ki, 1948-ci ildən (İsrail yaranandan) bu yana heç vaxt Mərakeş tərəfindən belə biabırçı addım atılmamış və Əlcəzair belə təhdid edilməmişdi.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Yair Lapid son günlərdə Mərakeşlə Təl-Əvivin əlaqələrindən danışıb və bu açıqlamasında “Əlcəzairin də İran kimi bölgədə sabitliyi pozduğunu” deyib. Həmçinin İsrailin müdafiə naziri Beni Qants Mərakeşə səfərində bu ölkə ilə hərbi razılaşma imzalanıb. Beni Qants da Rabatda olan zaman Mərakeşlə gərgin münasibətləri olan qonşu ərəb ölkəsi Əlcəzair haqda tənqidedici açıqlamalar verib.