0
Saturday 27 November 2021 - 13:56

Rob Mali: Fars körfəzi ölkələri İranla saziş tərəfdarıdırlar

Story Code : 965716
Rob Mali: Fars körfəzi ölkələri İranla saziş tərəfdarıdırlar
"FarsNews" informasiya agentliyinin məlumatına görə, İranın nüvə proqramı ilə bağlı müzakirələr aparmaq üçün işğal olunmuş Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfər edən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Mali NPR radiosuna müsahibə zamanı bildirib: "Fars körfəzi ölkələri İranla 5+1 arasında imzalanmış HBFP nüvə sazişinin bərpa olunmasını istəyirlər. Onlar bu sazişin iqtisadi əlaqələri inkişaf etdirmək üçün vacib olduğunu deyirlər..."

O əlavə edib: “HBFP sazişi bərpa olunacağı təqdirdə Amerika və Fars Körfəzi ölkələri İranla diplomatik və iqtisadi əlaqələri yaxşılaşdırmağa hazır olacaq. Körfəz ölkələri regionu iqtisadi və diplomatik cəhətdən ideal məkana çevirmək üçün bu sazişin imzalanmasını istəyirlər."