0
Saturday 27 November 2021 - 15:12

İran HDQ komandanı: İsrailin İranla üz-üzə gəlmək cəsarəti yoxdur!

Story Code : 965730
İran HDQ komandanı: İsrailin İranla üz-üzə gəlmək cəsarəti yoxdur!
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Yəmənin Əl-Məsirə şəbəkəsinə verdiyi müsahibədə bildirib: "Təhdidlər, sui-qəsdlər və sanksiyalar İran xalqını diz çökdürə bilmədi. Düşmən bizim hərbçilər qarşısında acizdir..."

İran HDQ komandanı əlavə edib: “Bizim dəniz donanmamız bu yaxınlarda limanlarda dayanmadan 50 ölkənin sahilləri boyunca 45 min kilometr məsafə qət edə bilib və bu hadisə İran donanmasının gücünü göstərir”.

Admiral Şəhram İrani deyib: "İran İslam Respublikasının dəniz donanması Atlantik Okean və Qırmızı dənizdə tankerlərin və ticarət gəmilərinin təhlükəsizliyini təmin edir və düşmənin istənilən hərəkətinə anında cavab verməyə qadirdir!”