QR CodeQR Code

İran HDQ komandanı: İsrailin İranla üz-üzə gəlmək cəsarəti yoxdur!

إسلام تايمز , 27 Nov 2021 15:12

İslamTimes: İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani son günlərdə İrana təhdid mesajları ünvanlayan İsrailin İranla üz-üzə gəlmək cəsarətində olmadığını bildirib.


İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Yəmənin Əl-Məsirə şəbəkəsinə verdiyi müsahibədə bildirib: "Təhdidlər, sui-qəsdlər və sanksiyalar İran xalqını diz çökdürə bilmədi. Düşmən bizim hərbçilər qarşısında acizdir..."

İran HDQ komandanı əlavə edib: “Bizim dəniz donanmamız bu yaxınlarda limanlarda dayanmadan 50 ölkənin sahilləri boyunca 45 min kilometr məsafə qət edə bilib və bu hadisə İran donanmasının gücünü göstərir”.

Admiral Şəhram İrani deyib: "İran İslam Respublikasının dəniz donanması Atlantik Okean və Qırmızı dənizdə tankerlərin və ticarət gəmilərinin təhlükəsizliyini təmin edir və düşmənin istənilən hərəkətinə anında cavab verməyə qadirdir!”


Story Code: 965730

News Link :
https://www.islamtimes.org/az/news/965730/iran-hdq-komandanı-israilin-iranla-üz-üzə-gəlmək-cəsarəti-yoxdur

Islam Times
  https://www.islamtimes.org