0
Sunday 28 November 2021 - 07:34

27 rusiyalı diplomat yanvarda ABŞ-ı tərk edəcək

Story Code : 965819
27 rusiyalı diplomat yanvarda ABŞ-ı tərk edəcək
APA-nın xəbərinə görə, bunu Rusiya mediasına Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfir deyib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. 30 iyunda isə eyni sayda amerikalı diplomat vətənə qayıdacaq.
Antonovun sözlərinə görə, diplomatların arvadlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir. ABŞ ailə ənənələrinə qarşı ehtiyatla davransa da, bu yanaşma ailənin siyasi bölünməsidir.

Vaşinqtonun davranışını birtərəfli adlandıran diplomat əlavə edib ki, ABŞ Moskva ilə yalnız öz maraqlarına uyğun məsələləri müzakirə edir. Ölkənin sanksiya siyasəti isə dəyişmir.