QR CodeQR Code

İbrahim Rəisinin qonşu ölkələrlə bağlı planı

28 Nov 2021 08:00

İslamTimes: İran Prezidenti İbrahim Rəisi Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təbii qaz məsələsini müzakirə edəcək.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İran prezidenti İbrahim Rəisi səfər zamanı region ölkələrinin liderləri ilə görüşəcəyini və qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün plan və proqram hazırladıqlarını bildirib.

Qeyd edək ki, İran prezidenti seçki öncəsi çıxışlarında da bildirmişdi ki, qalib gələcəyi təqdirdə, onun üçün ən önəmli məsələ qonşu ölkələrlə rabitələri genişləndirmək, daha ciddi dostluq əlaqələri qurmaq olacaq.


Story Code: 965820

News Link :
https://www.islamtimes.org/az/news/965820/ibrahim-rəisinin-qonşu-ölkələrlə-bağlı-planı

Islam Times
  https://www.islamtimes.org