QR CodeQR Code

Yunanıstan 2 miqrant düşərgəsini yenidən açıb

28 Nov 2021 09:03

İslamTimes: Yunanıstan Leros və Kos adalarında daha əvvəl bağladığı 2 miqrant düşərgəsini yenidən açıb


APA-nın xəbərinə görə, bu barədə ölkənin miqrasiya naziri Notis Mirasaşi məlumat verib.

Qeyd olunur ki, düşərgələr tikanlı məftillə əhatə edilib, 24 saat kamera nəzarəti mövcuddur. Əraziyə giriş yalnız kartla mümkündür. Qaçqınların düşərgəni yalnız gündüz saatlarında tərk etməsinə icazə verilir.

BMT-nin hesablamasına görə Yunanıstanda 96 min nəfərdən çox qanunsuz miqrant var. Onların əksəriyyəti Suriya, Əfqanıstan və İraq vətəndaşlarıdır.


Story Code: 965826

News Link :
https://www.islamtimes.org/az/news/965826/yunanıstan-2-miqrant-düşərgəsini-yenidən-açıb

Islam Times
  https://www.islamtimes.org