0
Sunday 28 November 2021 - 09:03

Yunanıstan 2 miqrant düşərgəsini yenidən açıb

Story Code : 965826
Yunanıstan 2 miqrant düşərgəsini yenidən açıb
APA-nın xəbərinə görə, bu barədə ölkənin miqrasiya naziri Notis Mirasaşi məlumat verib.

Qeyd olunur ki, düşərgələr tikanlı məftillə əhatə edilib, 24 saat kamera nəzarəti mövcuddur. Əraziyə giriş yalnız kartla mümkündür. Qaçqınların düşərgəni yalnız gündüz saatlarında tərk etməsinə icazə verilir.

BMT-nin hesablamasına görə Yunanıstanda 96 min nəfərdən çox qanunsuz miqrant var. Onların əksəriyyəti Suriya, Əfqanıstan və İraq vətəndaşlarıdır.