QR CodeQR Code

Boris Conson: "Peyvənd olunanlar da yoluxacaq"

28 Nov 2021 11:01

İslamTimes: Koronavirusun yeni omikron ştamına tam peyvənd olunmuş insanlar da yoluxa bilər.


Teleqraf.com xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın baş naziri Boris Conson çıxış edib.

Onun sözlərinə görə, virus son dərəcə sürətlə yayılır. Conson hesab edir ki, hətta koronavirusa qarşı kollektiv immunitet belə yeni ştam üçün maneə olmayacaq.

Hazırda yeni ştammla əlaqədar Britaniyada görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Ölkəyə daxil olanların hamısı PCR testdən keçməlidir və mənfi test nəticəsi alınana qədər turistlər özlərini təcrid etməlidirlər. İctimai nəqliyyatda və ticarət obyektlərində maska ​​rejiminə riayət olunmasına nəzarət gücləndirilib.


Story Code: 965845

News Link :
https://www.islamtimes.org/az/news/965845/boris-conson-peyvənd-olunanlar-da-yoluxacaq

Islam Times
  https://www.islamtimes.org