QR CodeQR Code

İran Prezidenti: "Azərbaycanla əlaqələrimiz genişlənməli və inkişaf etməlidir"

29 Nov 2021 01:38

İslamTimes: İbrahim Rəisi “Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil...”


“Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi”.

APA xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Aşqabadda İlham Əliyevlə görüşdən sonra İranın kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirib.

İran Prezident qeyd edib ki, bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək: “Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”.


Story Code: 965922

News Link :
https://www.islamtimes.org/az/news/965922/iran-prezidenti-azərbaycanla-əlaqələrimiz-genişlənməli-və-inkişaf-etməlidir

Islam Times
  https://www.islamtimes.org