0
Monday 29 November 2021 - 10:06

Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı

Story Code : 965962
Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı
“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.

Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik nəticəsiz müharibədən sonra ölkədən geri çəkilən ərəfələrdə hakimiyyəti tam ələ keçirib. Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır. Milyonlarla əfqan, o cümlədən uşaqlar aclıq içərisindədir.

“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - Talibanın baş naziri əlavə edib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq. Molla Məhəmməd əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.