QR CodeQR Code

“Bunu edəndə deyirdilər ki, mən...” - Trampdan Rusiya açıqlaması

29 Nov 2021 11:12

İslamTimes: “Hakimiyyətimin çox hissəsində mənə qarşı davam etdirilən qarayaxma kampaniyası Vaşinqton-Moskva münasibətlərinin düzəldilməsinə mane oldu”.


Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, 2016-cı ilin seçki kampaniyası zamanı daxili siyasi opponentlərinin Moskva ilə sövdələşmə iddiaları və ittihamlarını təkzib etmək iki il yarım çəkib. Tramp bu səbəbdən bəzi ölkələrlə, o cümlədən Rusiya ilə qarşılıqlı əlaqənin çətin olduğunu vurğulayıb. Keçmiş dövlət başçısı həmçinin qeyd edib ki, ABŞ və Rusiya hər iki ölkə üçün çox yaxşı ola biləcək bəzi böyük işlər görə bilər.

“Ancaq sən bunu edə bilməzdin, çünki sənin haqqında deyəcəkdilər ki, “O, Rusiyanı sevir”. Bu insanlar xəstədirlər”, - Tramp söyləyib.


Story Code: 965982

News Link :
https://www.islamtimes.org/az/news/965982/bunu-edəndə-deyirdilər-ki-mən-trampdan-rusiya-açıqlaması

Islam Times
  https://www.islamtimes.org