0
Tuesday 30 November 2021 - 00:35

Ərdoğandan lirə ilə bağlı növbəti açıqlama

Story Code : 966103
Ərdoğandan lirə ilə bağlı növbəti açıqlama
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin kəskin ucuzlaşmasından danışarkən deyib.

"Yəni biz də iqtisadi müstəqillik uğrunda mübarizə aparırdıq. Biz bu addımları atarkən daxildən və xaricdən iqtisadiyyatımıza müxtəlif hücumlarla qarşılaşdıq. Bunların hər birini millətimizlə birlikdə aradan qaldırdıq. Bizi istədikləri xəttə çəkmək istəyənlərin valyuta və faiz oyunlarına qiymət vermədik, vermirik.

İnkişaf yolumuzda investisiya, istehsal, məşğulluq və ixrac həmişə prioritetimiz olub. Məqsədlərimizə doğru irəliləməyə davam edəcəyik", - Ərdoğan vurğulayıb.