0
Tuesday 30 November 2021 - 07:56

F-35 gəmidən havaya qalxarkən dənizə düşdü

Story Code : 966116
F-35 gəmidən havaya qalxarkən dənizə düşdü
Axar.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Seb Haqqart Tvitter hesabında görüntülər paylaşıb. Belə ki, noyabrın 17-də “Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisindən havaya qalxmağa çalışan F-35B qırıcısı dənizə düşüb, pilot yüngül xəsarət alıb.

Qəzaya səbəb uçuş zamanı mühərrikdəki ştepsel olub, çünki ekipaj qırıcını uçuşa hazırlayarkən ştepselləri çıxartmayıb.