0
Tuesday 30 November 2021 - 10:07

Qısa zamanda Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq

Story Code : 966123
Qısa zamanda Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq

SəhərAzəri-nin məlumatına əsasən, noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.
Məlumata görə, Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.
SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını özünün Türkmənistana yaxın əyalətlərində istehlaka buraxacaq və onun qarşılığında Azərbaycan Respublikasına yaxın vilayətlərindəki infrastrukturdan faydalanaraq Azərbaycana qaz ötürəcək.
SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək.
SWAP sxemi, onun şərtləri mövcud olan ölkələr arasında ən əlverişli və ən sərfəli nəqliyyat metodudur. Vaxtiylə Azərbaycan Respublikası öz neftinin dünya bazarlarına çıxarılmasında İran vasitəsi ilə bu metoddan faydalanmışdır.
Çox böyük vəsait tələb edən və Xəzər dənizinin ətraf mühiti üçün ciddi təhdidlər yarada biləcək trnasxəzər layihəsini SWAP metodu ilə əvəz etmək bu tranzitdə maraqlı olan bütün tərəflər üçün əlverişli ola bilər. Həmçinin region ölkələri arasında bağlılıqları daha da möhkəmləndirər.
 
Source : Sahartv
Comment