QR CodeQR Code

ABŞ-ın müdafiə naziri iki ildən sonra 64 mülki şəxsin ölümünə səbəb olan aviazərbələrə reaksiya verib

30 Nov 2021 12:20

İslamTimes: ABŞ-ın müdafiə naziri iki ildən sonra Suriyanın Dirazzur əyalətində 64 mülki şəxsin ölümü ilə nəticələnmiş hava zərbələri haqda qərar verib.


SalamNews CNN-ə istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin Dirazzura endirilmiş və 64 nəfərin ölümü ilə nəticələnmiş hava zərbələrinin araşdırılması haqda göstəriş verib.

Qeyd edək ki, New-York Times qəzeti cari ayın 14-də sözügedən hava zərbələri barədə iki ildir gizlədilən məlumatı yayımlayıb.

Qəzet bildirib ki, ABŞ Ordusu 2019-cu ilin mart ayında Suriyanın Dirazzur əyalətinin əl-Bağuz kəndi ərazisində endirilən hava zərbəsi haqda sükut edir.

Mənbə əlavə edib ki, bu hücumda azı yetmiş mülki şəxs həyatını itirib. Bəzi mənbələr 64 qadın və uşağın öldüyünü deyiblər.


Story Code: 966153

News Link :
https://www.islamtimes.org/az/news/966153/abş-ın-müdafiə-naziri-iki-ildən-sonra-64-mülki-şəxsin-ölümünə-səbəb-olan-aviazərbələrə-reaksiya-verib

Islam Times
  https://www.islamtimes.org