QR CodeQR Code

ABŞ öz vədlərinə belə əməl etmir!

إسلام تايمز , 30 Nov 2021 17:37

İslamTimes: ABŞ senatoru: Respublikaçılar hakimiyyətə gəlsə, HBFP sazişi sənədini yenə yırtacaq


İfratçı Respublikaçı senator Vyana danışıqları ilə bağlı bir daha pozucu fikirlər səsləndirərək deyib ki, Respublikaçılar yenidən hakimiyyəti ələ keçirsələr, İranla əldə ediləcək istənilən razılaşma pozulacaq.

Fars Xəbər Agentliyinin Beynəlxalq Qrupunun məlumatına görə, İslam Respublikasına qarşı sərt mövqeyi ilə seçilən ABŞ Konqresinin Respublikaçı senatoru Tom Kotton HBFP sazişinin bərpası üçün təşkil edilən Vyana danışıqları ilə bağlı mesajında ​​bildirib ki, əgər Respublikaçılar iqtidara gəlsə İranla hər hansı bir saziş sənədi yırtılacaq.

Kotton Twitter-də yazıb: “Bayden-İran nüvə sazişi əvvəlkindən daha pis olacaq və Respublikaçılar (ABŞ-da) hakimiyyətə gəldikdən sonra yenidən bu saziş qüvvədən düşəcək.”


Story Code: 966218

News Link :
https://www.islamtimes.org/az/news/966218/abş-öz-vədlərinə-belə-əməl-etmir

Islam Times
  https://www.islamtimes.org