QR CodeQR Code

Türkiyə ilə Fransa hərbçiləri üz-üzə gələ bilər

إسلام تايمز , 30 Nov 2021 19:47

İslamTimes: Yunanıstan müdafiə naziri Türkiyənin bu ölkəyə hücum edəcəyi təqdirdə nələr baş verəcəyindən danışıb


Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyənin bu ölkəyə mümkün hücumu zamanı Yunanıstanda Fransa qüvvələrinin yerləşdiriləcəyini bildirib. O həmçinin qeyd edib ki, Parisin tələbindən sonra Yunanıstan hərbçiləri Qərbi Afrikanın sahil bölgəsinə ezam ediləcək.

“Cape Talking Grace” internet saytının məlumatına görə, Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos Yunanıstan-Fransa müdafiə razılaşmasına işar edərək deyib ki, Türkiyə Yunanıstana hücum etmək istəsə və biz Fransadan kömək istəsək, Fransa qüvvələri müttəfiq olaraq Yunanıstana gələcəklər. Onlar burada olmalıdırlar."

Qeyd edək ki, Fransa bu yaxınlarda Aralıq dənizi və Kipr sahillərinə gəmi göndərib. Rəsmi Parisin bu addımı Türkiyəyə təhdid siqnalı kimi dəyərləndirilir.


Story Code: 966241

News Link :
https://www.islamtimes.org/az/news/966241/türkiyə-ilə-fransa-hərbçiləri-üz-üzə-gələ-bilər

Islam Times
  https://www.islamtimes.org