QR CodeQR Code

ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

1 Dec 2021 06:59

İslamTimes: ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.


APA xəbər verir ki, bu barədə yerli polisin keçirdiyi mətbuat konfransında bildirilib.

Yaralılar üç müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan ikisi hazırda əməliyyata götürülüb. Daha altısının vəziyyəti stabil qiymətləndirilir.

***

01:20

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində yerləşən məktəbdə atışma nəticəsində 3 nəfər həlak olub.

APA-nın məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi mətbuat konfransında bildirilib ki, hadisəni 15 yaşlı tələbə törədib.

O, yarıavtomat tapançadan 15-20 atəş açıb. Cinayətkarın tək hərəkət etdiyi ehtimal edilir.

Hadisədən 5 dəqiqə sonra yeniyetmə saxlanılıb. Onun polislərə atəş açmadığı və könüllü təslim olduğu vurğulanıb.


Story Code: 966314

News Link :
https://www.islamtimes.org/az/news/966314/abş-da-məktəbdə-atışma-nəticəsində-3-nəfər-ölüb-8-yaralanıb

Islam Times
  https://www.islamtimes.org