Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb
Story Code : 966372
“Demokratiya uğrunda sammit”in təşkilatçıları ümumdünya miqyasında demokratiya və insan hüquqlarının təbliğində liderliyə iddia edirlər. Amma siyahıda olan ölkələr - ABŞ, Böyük Britaniya və Avropa İttifaqına üzv olan ölkələrin öz evlərində, eləcə də beynəlxalq arenada demokratik hüquq və azadlıqları təmin etmələri yumşaq desək idealdan uzaqdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 9-10-da ABŞ-ın təşəbbüsü ilə çağırılan “Demokratiya uğrunda sammit” haqqında yaydığı bəyanatda bildirilib.
Rusiya XİN bəyanatında “Demokratiya uğrunda sammit”i qəribə tədbir adlandırıb:
“Faktlar göstərir ki, ABŞ və müttəfiqləri demkratiyanın “mayak”ı rütbəsinə iddia edə bilməzlər və etməməlidirlər. Belə ki, onların özlərinin söz azadlığı, seçki sistemi, korrupsiya və insan hüquqları sahəsində xroniki problemləri var”.