0
Wednesday 1 December 2021 - 14:06

Səudiyyə Ərəbistanı və husilər bir-birinin PUA-larını vurduqlarını bildiriblər

Story Code : 966384
Səudiyyə Ərəbistanı və husilər bir-birinin PUA-larını vurduqlarını bildiriblər
SalamNews xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyası rəsmi tvitter hesabında məlumat yayıb.

Bildirilib ki, Qırmızı dənizdə husilərin bir kamikadze qayığı eləcə də Yəmən səmasında onların bir PUA-sı məqsədə çatmamış vurulub.

Eyni zamanda mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) sözçüsü Yəhya Səri tvitter səhifəsində elan edib ki, onlar Səda əyaləti səmasında Səudiyyə Ərəbistanı koalisiyasının Çin istehsalı olan CH4 tipli bir PUA-sını vuraraq salıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Yerli mənbələrin məlumatına görə təkcə hava zərbələrində Yəməndə 42 min insan həyatını itirib.