QR CodeQR Code

Türkiyədə dollar 14 lirəyə yaxınlaşdı, Mərkəzi Bank müdaxilə etdi

1 Dec 2021 11:03

İslamTimes: Türkiyədə dolların bahalaşması bu gün də davam edib və səhər saatlarından etibarən lirənin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 13.9 TL-yə yaxın olub.


Yaranmış vəziyyətdə Mərkəzi Bank bazara müdaxilə etməli olub. Mərkəzi Bankdan yayılan açıqlamada deyilir ki, valyuta məzənnələrində müşahidə edilən qeyri-sağlam situasiya səbəbi ilə bazara müdaxilə edilir və valyuta ehtiyatlarından bir qismi satışa çıxarılır. Bu xəbərin ardınca dolların məzənnəsi təqribən 5 faiz ucuzlaşıb və dollar 13 TL olub

Türkiyə Mərkəzi Bankı bazara sonuncu dəfə bu cür birbaşa müdaxiləni 8 il əvvəl edib. /Virtualaz/


Story Code: 966385

News Link :
https://www.islamtimes.org/az/news/966385/türkiyədə-dollar-14-lirəyə-yaxınlaşdı-mərkəzi-bank-müdaxilə-etdi

Islam Times
  https://www.islamtimes.org