QR CodeQR Code

Bəhreyndə insan haqları pozuntuları BMT-ni hərəkətə keçirdi

إسلام تايمز , 1 Dec 2021 23:33

İslamTimes: Bəhreyndə ciddi insan haqları pozuntuları ilə bağlı BMT-yə bir neçə hesabat daxil olduqdan sonra bu təşkilat Bəhreynə müfəttişlər göndərmək qərarına gəlib.


Əl-Qüds Əl-Ərəbinin verdiyi məlumata görə, bəzi müfəttişlərin Bəhreyndə ciddi insan haqları pozuntularının baş verdiyi barədə BMT-nin İnsan Haqları Komitəsinə məlumat verməsindən sonra BMT bir qrup müfəttişini Bəhreynə göndərəcəyini açıqlayıb.

BMT-nin təyin etdiyi qrupa məhkəmədənkənar və özbaşına edamlar üzrə xüsusi məruzəçi başçılıq edəcək.

Birləşmiş Millətlər Təşkilatına göndərilən hesabatda Ali Xəlifə rejimində saxlanılan məhbusların işgəncələrə məruz qaldığı onlarla qeyri-insani rəftar edildiyi və bu ölkədə son dövrlərdə insan haqlarının pozulması hallarının pik həddə çatdığı bildirilir.


Story Code: 966496

News Link :
https://www.islamtimes.org/az/news/966496/bəhreyndə-insan-haqları-pozuntuları-bmt-ni-hərəkətə-keçirdi

Islam Times
  https://www.islamtimes.org