QR CodeQR Code

Əhaliyə BƏD XƏBƏR: Gələn ildən əmək haqqından tutulma artacaq

2 Dec 2021 17:39

İslamTimes: Əhaliyə BƏD XƏBƏR: Gələn ildən əmək haqqından tutulma artacaq


2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq.

Publika.az xəbər verir ki, bildirir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq.

2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.


Story Code: 966605

News Link :
https://www.islamtimes.org/az/news/966605/əhaliyə-bəd-xəbər-gələn-ildən-əmək-haqqından-tutulma-artacaq

Islam Times
  https://www.islamtimes.org