QR CodeQR Code

Azərbaycan və Ermənistan razılığa gələ bilmirlər

2 Dec 2021 19:41

İslamTimes: Dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçirilib.


Cənubi Qafqaz regionunda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələləri üzrə üçtərəfli işçi qrupu bir sıra məsələlərdə hələ də ortaq nəticəyə gəlməyib. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qriqoryan əlavə edib ki, iş davam edir, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşü baş tutacaq. İrəliləyiş olarsa, ictimaiyyətə məlumat veriləcək.


Story Code: 966609

News Link :
https://www.islamtimes.org/az/news/966609/azərbaycan-və-ermənistan-razılığa-gələ-bilmirlər

Islam Times
  https://www.islamtimes.org