0
Thursday 2 December 2021 - 20:13

Peskov: "Ukraynada hərbi əmliyyatların başlaması ehtimalı yüksəkdir"

Story Code : 966616
Peskov: "Ukraynada hərbi əmliyyatların başlaması ehtimalı yüksəkdir"
Musavat.com xarici agentliklərə istinadən xəbər veri ki, bu sensasiyalı bəyanat Kremlin mətbuat sözcüsü Dmitri Peskov tərəfindən səsləndirilib.

“Donbasda müharibə? Bu olduqca yüksək ehtimaldır. Ona görə də bizdə qayğı və narahatlıq doğurur”,-deyə Dmitri Pesov bildirib.

Onun sözlərinə görə, Moskva Ukrayna prezidenti Vladirmir Zelenskinin dünən ölkə parlamentində Krımı geri qaytarmaqla bağlı sözlərini ciddi qiymətləndirir. Rusiya Federasyasının nümayəndəsi Ukrayna dövlət başçısının bu ifadəsini “Rusiyanın ərazi bütövlüyünə qəsd” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan öncə RF XİN-nin mətbuat katibi Mariya Zaxarova Ukraynanın Donbas bölgəsinə 125 minlik qoşun, yəni ordunun yarısını topladığını bildirmişdi.