QR CodeQR Code

Peskov: "Ukraynada hərbi əmliyyatların başlaması ehtimalı yüksəkdir"

2 Dec 2021 20:13

İslamTimes: “Ukraynanın cənub-şərqində hərbi əməliyyatların başlama ehtimalı olduqca yüksəkdir və bu, Rusiyanın narahat olması üçün ciddi əsas yaradır”.


Musavat.com xarici agentliklərə istinadən xəbər veri ki, bu sensasiyalı bəyanat Kremlin mətbuat sözcüsü Dmitri Peskov tərəfindən səsləndirilib.

“Donbasda müharibə? Bu olduqca yüksək ehtimaldır. Ona görə də bizdə qayğı və narahatlıq doğurur”,-deyə Dmitri Pesov bildirib.

Onun sözlərinə görə, Moskva Ukrayna prezidenti Vladirmir Zelenskinin dünən ölkə parlamentində Krımı geri qaytarmaqla bağlı sözlərini ciddi qiymətləndirir. Rusiya Federasyasının nümayəndəsi Ukrayna dövlət başçısının bu ifadəsini “Rusiyanın ərazi bütövlüyünə qəsd” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan öncə RF XİN-nin mətbuat katibi Mariya Zaxarova Ukraynanın Donbas bölgəsinə 125 minlik qoşun, yəni ordunun yarısını topladığını bildirmişdi.


Story Code: 966616

News Link :
https://www.islamtimes.org/az/news/966616/peskov-ukraynada-hərbi-əmliyyatların-başlaması-ehtimalı-yüksəkdir

Islam Times
  https://www.islamtimes.org