0
Saturday 4 December 2021 - 10:26

Borrel və Əmir-Abdullahiyan Vyana müzakirələrinin atmosferini müsbət dəyərləndiriblər

Story Code : 966784
Borrel və Əmir-Abdullahiyan Vyana müzakirələrinin atmosferini müsbət dəyərləndiriblər

SəhərAzəri-nin məlumatına əsasən,Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Vyana müzakirələrinin koordinatoru Jozep Borrel İranın xarici işlər naziri ilə telefon danışığında, onunla, müzakirələr prosesi barədə məşvərət edib.
Vyana müzakirələrinin koordinatoru Almaniya, Çin, Rusiya, Fransa, İngiltərə və xüsusən İran İslam Respublikasının Vyanada anlaşmaya çatmaq üzrə səylərini mühüm adlandırıb və belə söyləyib: Avropa Birliyinin xarici fəaliyyət xidmətinin baş katibi Enrike Moraya təkid etmişəm ki, razılaşmaya çatmaq üçün baş iranlı müzakirəçi və bütün heyətlərlə konstruktiv və aktiv əlaqə qurmağa səy göstərsin.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan da bu telefon söhbətində müzakirələrin gedişatını bütövlükdə yaxşı, amma ləng adlandırb. Bildirib ki, iranlı heyət xoşməramlılıq, lazımi ixtiyarlar,/ əlçatan və irəliyə yönələn təşəbbüslərlə fəal surətdə müzakirələ masasında iştirak edir.
Hər bir müzakirə və addımda nüvə anlaşmasını pozan sanksiyalara tam şəkildə son qoyulması bizim iştirakımızın məqsədidir.- deyə, İranın xarici işlər naziri vurğulayıb.
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlığa sadiq qaldığını vurğulayan Əmir-Abdullahiyan sözlərinə belə davam edib: İranın baş müzakirəçisi Əli Baqirinin görüşləri və müzakirələrindən əlavə, iranlı ekspertlər də nüvə komitəsi və sanksiyalara xitam komitəsi formasında dörd üstəgəl bir qrupu ilə texniki və ixtisas müzakirələri aparmaqdadırlar.
Amerikanın əhdi pozmasına və üç Avropa ölkəsinin fəaliyyətsizliyinə rəğmən, İran xoşməramlılıqla Vyana müzakirələrində iştirak edir. Qərb də sanksiyalara xitam verilməsi sahəsindəki real təşəbbüsünü təqdim etməli,/ İran xalqının mənafeyi və hüquqlarını pozan öncəki şüarları təkrarlamağa son qoymalıdır.- deyə, İran İslam Respublikasının xarici diplomatiya idarəsinin başçısı vurğulayıb.
Biz inanırıq ki, yaxşı razılaşmaya nail olmaq əlçatandır, amma ona lazım olan məsələ, bəzi tərəflərin yanaşma tərzinin təhdid terminlərindən əməkdaşlıq, qarşılıqlı hörmət və nəticə istiqamətli danışıq terminlərinə səmtinə dəyişdirilməsidir.- İranın xarici işlər naziri qeyd edib.
 
Source : Sahartv
Tagged
Iran
Comment