0
Saturday 4 December 2021 - 10:43

Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir

Story Code : 966788
Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir
APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib.

Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram", deyə Bayden vurğulayıb.

ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.”