QR CodeQR Code

Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir

4 Dec 2021 10:43

İslamTimes: ABŞ prezidenti Co Bayden Ukrayna məsələsində heç bir qırmızı xəttə hörmət etmədiyini bildirib.


APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib.

Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram", deyə Bayden vurğulayıb.

ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.”


Story Code: 966788

News Link :
https://www.islamtimes.org/az/news/966788/co-bayden-vladimir-putinlə-uzun-söhbətə-ümid-edir

Islam Times
  https://www.islamtimes.org