0
Saturday 4 December 2021 - 11:56

Bayramov Mirzoyanla görüşmədi

Story Code : 966815
Bayramov Mirzoyanla görüşmədi
Axar.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin görüş olmadı.

Ötən gün isə Ermənistan XİN görüşün 3 dekabrda keçirilə biləcəyini açıqladı. Ancaq ötən gün də Bayramovla Mirzoyan arasında görüş olduğunu təsdiqləyən hansısa məlumat yoxdur.

Erməni tərəfinin iddiasına görə, görüşdən C.Bayramov imtina edib.

Azərbaycan XİN bununla bağlı heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, 1 dekabrda Moskvada keçirilən üçtərəfli görüş də nəticəli tamamlanmamışdı. Ermənistan 10 noyabr, 11 yanvar və nəhayət 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərdən israrla yayınmağa davam edir.