QR CodeQR Code

Sionistlər ABŞ-ın İran üzrə nümayəndəsini izləməyə çalışıb

4 Dec 2021 19:29

İslamTimes: Dörd məlumatlı mənbə bildirib ki, ABŞ Dövlət Departamentinin ən azı doqquz əməkdaşının iPhone mobil telefonları sionist rejimin "NSO Group" şirkətinin Pegasus casus proqramları vasitəsilə hakerlər tərəfindən sındırılıb.


"Reuters" xəbər verir ki, iki məlumatlı mənbə bildirib ki, haker hücumları son bir neçə ayda baş verib. ABŞ Dövlət Departamentinin Uqandada məskunlaşan və ya bu Şərqi Afrika ölkəsi üzrə əməkdaşları hakerlərin hədəfi olub.

İlk dəfə Reuters tərəfindən açıqlanan haker hücumları sionist rejimin NSO Group şirkəti vasitəsi ilə ABŞ rəsmilərinə qarşı ən böyük haker əməliyyatıdır.

Digər tərəfdən, İngiltərənin "Guardian" qəzeti ABŞ-ın İran üzrə nümayəndəsi Rob Malinin də NSO Group tərəfindən hədəf seçilən şəxslərdən biri olduğunu, lakin hakerlərin onun mobil telefonu qırmağa müvəffəq olub-olmadıqları haqda dəqiq məlumat əldə edilmədiyini yazıb.


Story Code: 966866

News Link :
https://www.islamtimes.org/az/news/966866/sionistlər-abş-ın-iran-üzrə-nümayəndəsini-izləməyə-çalışıb

Islam Times
  https://www.islamtimes.org