0
Saturday 4 December 2021 - 19:29

Sionistlər ABŞ-ın İran üzrə nümayəndəsini izləməyə çalışıb

Story Code : 966866
Sionistlər ABŞ-ın İran üzrə nümayəndəsini izləməyə çalışıb
"Reuters" xəbər verir ki, iki məlumatlı mənbə bildirib ki, haker hücumları son bir neçə ayda baş verib. ABŞ Dövlət Departamentinin Uqandada məskunlaşan və ya bu Şərqi Afrika ölkəsi üzrə əməkdaşları hakerlərin hədəfi olub.

İlk dəfə Reuters tərəfindən açıqlanan haker hücumları sionist rejimin NSO Group şirkəti vasitəsi ilə ABŞ rəsmilərinə qarşı ən böyük haker əməliyyatıdır.

Digər tərəfdən, İngiltərənin "Guardian" qəzeti ABŞ-ın İran üzrə nümayəndəsi Rob Malinin də NSO Group tərəfindən hədəf seçilən şəxslərdən biri olduğunu, lakin hakerlərin onun mobil telefonu qırmağa müvəffəq olub-olmadıqları haqda dəqiq məlumat əldə edilmədiyini yazıb.