QR CodeQR Code

Küveytdən sionist rejim gəmilərinə qadağa

إسلام تايمز , 4 Dec 2021 20:15

İslamTimes: Küveytin Əmək və Sosial Təminat İşləri naziri Rana Əl-Faris bu gün sionist rejimə yük daşıyan gəmilərlə bağlı əmr verib.


Küveytin “Əl-Ənba” qəzetinin məlumatına görə, bu sərəncama əsasən, işğal olunmuş ərazilərdən Küveytə və Küveytdən də işğal olunmuş ərazilərə yük daşıyan ticarət gəmilərinin girişi qadağandır.

Sərəncamın birinci bəndində deyilir ki, Küveyt Nəqliyyat Nazirliyinin Dəniz Agentlikləri Departamentində qeydiyyatda olan şəxslərə Küveyt Əmirinin fərmanına zidd olan xarici gəmilərə icazə kağızı üçün müraciət etmək qadağan edilir!

Küveyt 1961-ci ildə müstəqillik əldə etdikdən sonra İsrail kimi bir dövlət tanımadığını elan edib. Onlar İsrail dövləti əvəzinə "sionist rejim" və ya "işğal olunmuş Fələstin" adlarından istifadə edir.


Story Code: 966872

News Link :
https://www.islamtimes.org/az/news/966872/küveytdən-sionist-rejim-gəmilərinə-qadağa

Islam Times
  https://www.islamtimes.org