QR CodeQR Code

Avropa İttifaqı: İran ilk növbədə sanksiyaların ləğvini istəyir

إسلام تايمز , 4 Dec 2021 23:55

İslamTimes: "Nüvə sazişini ilk dəfə pozan və İrana qarşı yeni sanksiyalar tətbiq edən tərəf ABŞ olduğu üçün İran ilk öncə ABŞ-ın bu sazişə dönməsini tələb edir” - Borrel


Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel, Ərəb Liqasına üzv olan ölkələrin Suriyanı yenidən bu quruma üzv etmək istədiyi barədə danışarkən, son günlərdə İranla 4+1 (Rusiya, Çin, Fransa, İngiltərə + Almaniya) arasında keçirilən Vyana danışıqlarına da toxunub.

Cozef Borrel deyib: "Nüvə sazişini ilk dəfə pozan və İrana qarşı yeni sanksiyalar tətbiq edən tərəf ABŞ olduğu üçün İran ilk öncə ABŞ-ın bu sazişə dönməsini və sanksiyaları ləğv etməsini tələb edir”.

Qeyd edək ki, rəsmi Tehran Vyanadakı danışıqlara mütəxəssislərdən ibarət geniş bir heyətlə qatılıb və Avropa ölkələrinə 3 plan təqdim edib. İran tərəfi bildirib ki, sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətində məhdudiyyətlər tətbiq etməyə hazırdır və hazırda "top Amerikanın meydanındadır".


Story Code: 966904

News Link :
https://www.islamtimes.org/az/news/966904/avropa-ittifaqı-iran-ilk-növbədə-sanksiyaların-ləğvini-istəyir

Islam Times
  https://www.islamtimes.org