0
Sunday 5 December 2021 - 00:33

İran nüvə stansiyasına yaxınlaşan düşməni məhv edəcək

Story Code : 966910
İran nüvə stansiyasına yaxınlaşan düşməni məhv edəcək
"Bir saat öncə Natanz bölgəsində Hərbi Hava Qüvvələrinin mümkün hava hücumuna çevik reaksiyanı dəyərləndirmək məqsədilə bölgədə olan zenit-raket kompleksinin sınaq atışı keçirilib".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin sözçüsü general Şahin Təqixani Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsinin eşidilməsi ilə bağlı açıqlama verərkən deyib.

O bildirib ki, raket sınağı bölgədə olan HHQ-nin raket sistemlərinin ehtimal olunan hücumlara qarşı gücünü yoxlamaq məqsədilə baş tutub. "Təlim sınaqları tamamilə təhlükəsiz şəraitdə, ölkənin müdafiə şəbəkəsi ilə tam koordinasiyada həyata keçirilib. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur".