0
Sunday 5 December 2021 - 07:57

Almaniyada etiraz aksiyaları zamanı 5 jurnalistə hücum olunub, onlardan 3-ü yaralanıb

Story Code : 966929
Almaniyada etiraz aksiyaları zamanı 5 jurnalistə hücum olunub, onlardan 3-ü yaralanıb
APA xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti həmkarlar ittifaqının sözçüsü Verdiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, xəsarət alanlar arasında “Tagesspiegel”in müxbiri də var.

“Daha əvvəl Berlində sanitar normalara qarşı keçirilən aksiyada Brandenburqdan olan neonasist qrupun üzvləri də iştirak ediblər. Onlar jurnalistlərə hücum ediblər. Xəsarət alan jurnalistlərdən biri xuliqanlar tərəfindən yerə yıxılıb və təpiklə vurulub”, deyə Verdi vurğulayıb.

O əlavə edib ki, hücumun arxasında “tanınmış sağçı radikallar” dayanır.