0
Sunday 5 December 2021 - 09:06

Livanla Səudiyyə arasında "buzlar əriyir"

Story Code : 966940
Livanla Səudiyyə arasında "buzlar əriyir"
Axar.az xəbər verir ki, bu barədə Livan Baş naziri Tvitter hesabında yazıb.

Məlumata görə, Mikati Salmanla görüşünü Səudiyyə Ərəbistanı ilə Livan arasında tarixi əlaqələrin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirib.

Qeyd edək ki, Livanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasına səbəb olan Livanın informasiya naziri Corc Kardahi dünən keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.