QR CodeQR Code

Husi lider Səudiyyə rejiminin "sülh" planına inanmadığını bildirdi

إسلام تايمز , 5 Dec 2021 16:20

İslamTimes: Məhəmməd Əli əl-Husi Səudiyyə Ərəbistanının sülh planını “qeyri-real” adlandırıb.


Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri və Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Tvitter hesabında Səudiyyə Ərəbistanının sülh təşəbbüsünün “primitiv və qeyri-real” olduğunu bildirib.

O yazıb: "Bizim təşəbbüsümüz Səudiyyə Ərəbistanı ilə danışıqlar sonrası gəlinən nəticə yox, Yəmən xalqı üçün atdığımız addım idi. Səudiyyə Ərəbistanı bəzən uğursuz əməliyyatlarının dağıntıları altında, bəzən də qeyri-real tələbləri arasında çırpınaraq, çarəsiz vəziyyətdə qalır."

Əl-Husi əlavə edib: “Mərib şəhərində baş verənlər, ölkəmiz naminə, təcavüzə son qoyulması, mühasirənin aradan qaldırılması, xalqın mənafeyinin nəzərə alınması üçün idi. Bu müharibə Səudiyyə Ərəbistanı üçün dağıdıcı oldu.”


Story Code: 967010

News Link :
https://www.islamtimes.org/az/news/967010/husi-lider-səudiyyə-rejiminin-sülh-planına-inanmadığını-bildirdi

Islam Times
  https://www.islamtimes.org