QR CodeQR Code

Trampın bir milyardlıq sosial şəbəkəsi...

6 Dec 2021 00:08

İslamTimes: ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaratdığı sosial şəbəkə 1 milyard dollardan çox investisiya vədləri aldığını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Trampın şirkəti - "Trump Media & Technology Group Corp" - məlumat yayıb.

Bildirilib ki, yeni sosial şəbəkə böyük texnologiyanın zülmünə qarşı müdafiədə daha güclü mövqedə olacaq:

“Bir milyard dollar senzura və siyasi ayrı-seçkiliyə son qoyulmalı olduğuna dair böyük texnologiyaya mühüm siqnal göndərir".

Qeyd edək ki, oktyabr ayında 6 yanvar 2021-ci il hadisələrindən sonra əksər sosial şəbəkələr tərəfindən hesabları bağlanan Tramp özünün "Truth Social" sosial şəbəkəsini yaratdığını elan etdi. Yeni sosial şəbəkənin 2022-ci ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.


Story Code: 967062

News Link :
https://www.islamtimes.org/az/news/967062/trampın-bir-milyardlıq-sosial-şəbəkəsi

Islam Times
  https://www.islamtimes.org