0
Monday 6 December 2021 - 07:06

Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı

Story Code : 967083
Tramp ABŞ-ın Baş Qərargah rəisini “axmaq” adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini “lənətə gəlmiş axmaq” adlandırıb.

Publika.az xəbər verir ki, o, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.

“50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?”, – deyə Tramp bildirib.

Eks-prezident bəyan edib ki, indi Rusiya və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.