QR CodeQR Code

Ehud Barak: İrana qarşı boşboğazlıq yalnız İsraili zəiflədir!

إسلام تايمز , 6 Dec 2021 14:19

İslamTimes: İslamTimes: İşğalçı İsrailin sabiq baş naziri Ehud Barak hazırkı baş nazir Naftali Bennetin İran və ABŞ-a münasibətini tənqid edib.


Sionist rejimin sabiq baş naziri, Yediot Ahronot qəzetində dərc olunan köşə yazısında yazıb: "Öncəki baş nazir Benyamin Netanyahu da İranla uğursuz diplomatiya hökm sürən zamanlar alternativ plan təqdim edə bilmədi."

Ehud Barak, daha sonra İranın nüvə silahı əldə etməsinə cəmi bir neçə ay qaldığını iddia edərək Bennetin İrana qarşı yalnız boş hədə qorxulardan istifadə etdiyini qınayıb.

Ehud Barak deyib: “İsrail ən pis şəraitdə ən yaxşı qərarı verməlidir. İranın nüvə silahına malik dövlətə çevrilməsinin qarşısını almaq kimi ümumi məqsədlərə nail olmaq üçün Vaşinqtonla güclü əməkdaşlığa təcili ehtiyac var. Bu gün Amerika ilə müxalif mövqe sərgiləmək və günahkar axtarmaq zamanı deyil.”


Story Code: 967147

News Link :
https://www.islamtimes.org/az/news/967147/ehud-barak-irana-qarşı-boşboğazlıq-yalnız-israili-zəiflədir

Islam Times
  https://www.islamtimes.org