QR CodeQR Code

Yəmən: Səudiyyə koalisiyası Yəməndə məqsədlərinə nail ola bilmədi!

إسلام تايمز , 6 Dec 2021 16:28

İslamTimes: "ABŞ-Səudiyyə Ərəbistanı-BƏƏ koalisiyası" Yəmən xalqının haqq-ədalət uğrunda mübarizəyə inamı nəticəsində çaş-baş qalıblar.


Yəmən Xarici İşlər Nazirliyi  bildirib ki, təcavüzkar "ABŞ-Səudiyyə Ərəbistanı-BƏƏ koalisiyası"nın çaşqınlığı Yəmən xalqının haqq-ədalət uğrunda mübarizəyə inamı, xarici müdaxiləyə qarşı əzmli mübarizəsi sayəsində baş verib. Artıq yeddinci ildir ki, Yəmənə qarşı təcavüz davam edir!"

Yəmən XİN-dəki mənbə əlavə edib: "Təcavüzkar koalisiyasının öz çirkin məqsədlərinə nail ola bilməməsi onu daha da çaşdırdı. Onlar bəzən beynəlxalq ictimaiyyəti dinc, siyasi həll yolu tərəfdarı olduqlarını iddia etməklə aldatmağa çalışırlar. Daha sonra isə "qanuni" məqsədlərinə çatmaq üçün hərbi variantdan istifadə edə biləcəklərini bildirirlər..."

Yəmənli mənbə deyib: "Təcavüzkarlar Yəmən xalqına qarşı cinayət və qanun pozuntularını bir an belə dayandırmayıb. Ən son cinayət Taiz əyalətində baş verdi. 20-dən çox şəhid və yaralı ilə nəticələnən hücum zamanı dinc sakinlər hədəf alınıb. Cinayətkar koalisiya həmçinin Səna və bir sıra digər əyalətlərdə vətəndaşların dolanışıq mənbəyi olan fabrikləri və ərzaq anbarlarını hədəfə alıblar. "


Story Code: 967167

News Link :
https://www.islamtimes.org/az/news/967167/yəmən-səudiyyə-koalisiyası-yəməndə-məqsədlərinə-nail-ola-bilmədi

Islam Times
  https://www.islamtimes.org