QR CodeQR Code

Səudiyyə rejiminin təzyiqi ilə istefa verən nazirdən maraqlı açıqlama

إسلام تايمز , 6 Dec 2021 16:54

İslamTimes: Yəməndəki cinayətlər barədə danışdığı üçün Səudiyyə Ərəbistanının təzyiqi ilə istefa verən livanlı nazirin maraqlı açıqlaması


Livanın İnformasiya Naziri Corc Qardahi, vəzifəyə başlamazdan öncə Yəmən müharibəsi ilə bağlı verdiyi açıqlamardan sonra Səudiyyə rejiminin qəzəbinə tuş gəlib və nəticədə ötən cümə günü istefa verib.

Qardahi ilk televiziya çıxışında hadisənin təfərrüatları barədə və nə üçün istefa vermək qərarına gəldiyindən danışıb.

İstefa vermiş nazir Səudiyyə Ərəbistanının qanunsuzluqları barədə fikir bildirdiyinə görə son bir ildə istefaya məcbur edilən ikinci livanlı nazirdir. Ötən 19-may tarixində də Livanın xarici işlər naziri Şerbel Vahba jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı açıqlamalar verdikdən sonra istefa etməyə məcbur edilmişdi.

Qardahi, istefasının təfərrüatları ilə bağlı bunları deyib: “İstefa verməzdən iki gün əvvəl baş nazir Miqati mənə zəng etdi və görüşdük. O, Makron və Jan-İv Lö Drianın təşəbbüsü barədə mənə məlumat verdi. Bəzi rəsmilər istefa verməyimi istədi. Bəziləri isə bu haqda özümün qərar verməli olduğumu söylədilər."

Qardahi Səudiyyə Ərəbistanının Livana təzyiqlərini qınayıb və bildirib ki, artıq digərlərinin bizə müdaxilə etməsinə izn verməməliyik!


Story Code: 967169

News Link :
https://www.islamtimes.org/az/news/967169/səudiyyə-rejiminin-təzyiqi-ilə-istefa-verən-nazirdən-maraqlı-açıqlama

Islam Times
  https://www.islamtimes.org