0
Tuesday 7 December 2021 - 09:35

Nyu-York dekabrın 27-dən etibarən bütün işçilər məcburi peyvənd ediləcək

Story Code : 967260
Nyu-York dekabrın 27-dən etibarən bütün işçilər məcburi peyvənd ediləcək
APA-nın məlumatına görə, bunu şəhər meri Bill de Blazio MSNBC TV-nin efirində bildirib.

Mer qeyd edib ki, əvvəllər bu tədbir yalnız bələdiyyə müəssisələrinin işçilərinə aid idisə, artıq özəl müəssisələrə də şamil etmək qərarına gəldik: “Bu tələblər nə qədər geniş olsa, bir o qədər insan peyvənd olunmağın vaxtının çatdığını düşünəcək. Qərar Omicron ştamının yayılması və qış mövsümün gəlişi ilə əlaqədar verilib”.

Bill de Blazio əlavə edib ki, artıq beş yaşdan yuxarı uşaqlar üçün də azı bir peyvənd dozası üçün sənəd tələb olunacaq.