0
Tuesday 7 December 2021 - 11:29

İranla 4+1 dövlətlərinin nüvə danışıqlarının növbəti turunun vaxtı açıqlanıb

Story Code : 967294
İranla 4+1 dövlətlərinin nüvə danışıqlarının növbəti turunun vaxtı açıqlanıb
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti danışıqların getdiyi Vyanadakı mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, nüvə danışıqlarının növbəti turunun cari həftənin cümə axşamı günü başlaması böyük ehtimalla baş tutacaq.

Qeyd edək ki, ötən həftə baş tutan danışıqlarda İran tərəfi sanksiyaların aradan qaldırılması və rəsmi Tehranın sazişdə olan öhdəliklərinə qayıtması haqda layihə təqdim edib. Tərəflər təklif edilənləri müzakirə etmək üçün paytaxtlara geri dönüblər.

Qeyd edək ki, bu saziş 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada ondan çıxması və İrana qarşı sərt sanksiyalara başlamasından sonra ləğv edilmək təhlükəsilə üzləşib.